\
27 Sentyabr 2024 - Cümə

Azərbaycanla Ərdəbil vilayəti arasında sərhəd-keçid məntəqəsi açılır

Azərbaycanla Ərdəbil vilayəti arasında sərhəd-keçid məntəqəsi açılır
1521baxış

İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsi açır.

 
Bu barədə məlumatı Ərdəbil vilayətinin valisi Hadi Ameli açıqlayıb.
“İran və Azərbaycan arasındakı münasibətlərin xüsusilə də mal daşımaları sahəsində inkişaf etdirilməsini asanlaşdırmaq məqsədilə vilayətin şimalında sərhəd-keçid məntəqəsi açılacaq”, - deyə Hadi Ameli qeyd edib.
 
Onun sözlərinə görə, malların ticarətini və tranzitini asanlaşdırmaq üçün vilayət yollarını genişləndirməyi planlaşdırırıq. Ameli bildirib ki, Parsabad-Ərdəbil yolunun inkişaf etdirilməsi hər iki ölkənin böyük şəhərlərə çıxış əldə etmək yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək.
 
Vali vurğulayıb ki, Aslanduz sərhəd-keçid məntəqəsinin açılması iqtisadi və sərhəd əlaqələrinin rifahı baxımından böyük əhəmiyyət daşıyacaq.