\
27 Sentyabr 2024 - Cümə

Mina təhlükəsizliyinə dair seminar keçirilir - Foto

Mina təhlükəsizliyinə dair seminar keçirilir - Foto
1533baxış

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda seminara start verilib.

 
Təlimdə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minatəmizləmə fəaliyyəti, yeni yaradılmış mina mina əleyhinə xüsusi təyinatlı alayı, XRXX-nin kinoloji xidmətinin xüsusi təlim keçmiş itlərlə minatəmizləmə fəaliyyəti ilə bağlı təqdimatlar olub.
 
Eyni zamanda, seminar mina və partlamamış hərbi sursatlar, mina təhlükəsinə dair təhlükəsizlik qaydaları, minalı əraziləri fərqləndirən əlamətlər, "112" və "102" qaynar xəttlərinin xilasetmədə əhəmiyyəti təqdimatlarını da əhatə edir.
 
 
Təlimdə FHN XRXX-in rəis müavini general-mayor Məhərrəm Həsənov, FHN-in Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva, XRXX-in İctimaiyyətlə Əlaqə sektorunun rəisi Ehtiram Xəlilov, Medianın İnkişafı Agentliyinin şöbə müdiri, Əməkdar jurnalist Natiq Məmmədli, İqtisad Universitetinin (UNEC) Tədqiqat Fondunun media və dövlət qurumları ilə iş üzrə Departament rəhbəri Ellada Əliyeva iştirak edir.

Mina təhlükəsizliyinə dair seminar keçirilir -  FOTO
Mina təhlükəsizliyinə dair seminar keçirilir -  FOTO
Mina təhlükəsizliyinə dair seminar keçirilir -  FOTO
Mina təhlükəsizliyinə dair seminar keçirilir -  FOTO