\
27 Sentyabr 2024 - Cümə

Daha 3 qazimiz Türkiyəyə göndərildi - Foto

Daha 3 qazimiz Türkiyəyə göndərildi - Foto
1582baxış
Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
 
Fonddan Mediapress.az-a verilən məlumata görə, həmin şəxslər aşağıdakılardır:
1. Xəlilov Saleh Aydınəli oğlu
2. Əliyev Qüdrət Məhəmməd oğlu
3. Babayev Orxan Səfər oğlu
 
Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
 
Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
 
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
 
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 157 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-sının müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Daha 3 qazimiz Türkiyəyə göndərildi -  FOTO
Daha 3 qazimiz Türkiyəyə göndərildi -  FOTO
Daha 3 qazimiz Türkiyəyə göndərildi -  FOTO