Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında yeni film çəkiləcək
1658
Azərbaycanda Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında yeni film çəkiləcək.
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimində deyib.
O bildirib ki, ekran əsərinin çəkilişlərinə hazırlıq görülür: "Filmin gələn il təqdim edilməsi planlaşdırılır".