\
30 Noyabr 2024 - Şənbə

Xəzərdə suitilərin tələf olmasının səbəbi açıqlandı

Xəzərdə suitilərin tələf olmasının səbəbi açıqlandı
1633baxış

"Xəzər suitilərinin tələf olması Xəzərin çirklənməsi, eləcə də digər faktorlarla bağlıdır".

Musavat.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. Onun sözlərinə görə, Xəzəryanı bütün ölkələrdə yaz-payız aylarında müxtəlif səbəblərdən suitilərin tələfatı qeydə alınır.

O qeyd edib ki, bununla bağlı müvafiq işlər aparılır, araşdırmalar davam edir.