\
29 Noyabr 2024 - Cümə

Tokayev daha bir şəxsi vəzifəsindən azad etdi

Tokayev daha bir şəxsi vəzifəsindən azad etdi
1439baxış
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kayrat Kelimbetovu Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri vəzifəsindən azad edib.
 
 
Bakupost.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Tokayev, həmçinin Aset İrqaliyevin agentliyin yeni sədri təyin olunmasına dair sərəncam imzalayıb.
 
A. İrqaliyev bu vəzifəyə qədər milli iqtisadiyyat naziri olaraq fəaliyyət göstərib.
 
Qeyd edək ki, Kasım-Jomart Tokayev yanvarın 5-i Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimovu da vəzifəsindən azad edib. Məsimovun yerinə Yermek Aldaberqenoviç Saqimbayev sədr təyin edilib. Bununla yanaşı, Qazaxıstan Prezidenti Saken İsabekovun respublikanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.