Nazarbayevin kürəkənləri də işdən çıxarıldı
1381
"KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və "QazaqGaz" SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.
Bakupost.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Samuk-Kazına” Dövlət Fondu məlumat yayıb.
Qeyd edək ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır. Şaripbayevin isə, Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.