Azərbaycanda yalnız 1 qadın icra başçısı qaldı
1735
Xəbər verdiyimiz kimi, Azərbaycanda qadın icra hakimiyyəti başçısı işdən ayrılıb.
İradə Gülməmmədova bu gün Prezidentin sərəncamı ilə işdən çıxarılıb.
Ölkəmizdə hazırda bir qadın icra başçısı vəzifəsindədir.
Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısıdır.
Mediapress.az bu günə qədər qadın icra başçılarının siyahısını təqdim edir:
Əslən lənkəranlı olan Dilruba Camalova 1993-2000-ci illərdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini daşıyıb. 2000-2006-cı illərdə isə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.
O, 2009-cu ildə Cəlilabad rayon ərazisində baş verən yol qəzasında dünyasını dəyişib.
1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Səmayə Piriyeva rəhbərlik edib.
Sədaqət Qəhrəmanova 1995-2005-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı işləyib.
Fidumə Hüseynova 2003-cü ildən 2005-ci ilədək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.
Tibb Universitetini bitirən İradə Gülməmmədova Abşeron Rayon Uşaq Poliklinikasında pediatr, daha sonra isə baş həkim işləyib. o 7 il Abşeronda icra başçısı olub.