\
29 Noyabr 2024 - Cümə

Masallıda 15 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərdən izahat alınıb

Masallıda 15 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərdən izahat alınıb
1340baxış

Masallıda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinin, Masallı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Aparılan araşdırmaların nəticəsində məlum olub ki, Elçin Məmmədzadənin (ad şərtidir) valideynləri rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Aysel ƏIizadənin (ad şərtidir) evinə elçi gediblər.

Valideynləri azyaşlı qızının elçi düşən oğlanla nişanlanmasına icazə veriblər.

Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızın 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb.