\
26 Sentyabr 2024 - Cümə axşamı

Bakıda Pakistan vətəndaşı itkin düşdü

Bakıda Pakistan vətəndaşı itkin düşdü
1337baxış

Bakıda Pakistan vətəndaşı itkin düşüb.

 
Mediapress.az xəbər verir ki, hadisə yanvarın 31-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Pakistan vətəndaşı, 1982-ci il təvəllüdlü Mahmud Nasir Asif Muhammad oğlu yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
 
Hadisə ilə bağlı onunla eyni ünvanda yaşayan həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.