\
26 Sentyabr 2024 - Cümə axşamı

Vatikanın Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi Türkiyəyə səfir təyin olunub

Vatikanın Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi Türkiyəyə səfir təyin olunub
1343baxış

Roma Papası Fransisk polşalı monsenyor Marek Solczynskini Vatikanın Türkiyə nəzdindəki səfiri (Nunsi-Papanın nümayəndəsi) təyin edib.

APA-nın xəbərinə görə, bu barədə Vatikandan bildirilib.

Qeyd olunub ki, son 5 ildir Tanzaniyada fəaliyyət göstərən Marek Solczynski Papa tərəfindən Türkiyəyə səfir təyin olunub.

Xatırladaq ki, Marek Solczynski 2011-2017-ci illərdə Vatikanın Cənubi Qafqaz üzrə (Azərbaycan, Ermənistan və Gürcüstan) nümayəndəsi olub.