Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 676 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 633 994 nəfər müalicə olunaraq sağalıb, 8 797 nəfər vəfat edib, aktiv xəstə sayı 33 635 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 272, ötən müddət ərzində isə ümumilikdə 6 208 402 test aparılıb.