\
25 Sentyabr 2024 - Çərşənbə

Sabah Bakıda yağmursuz hava gözlənilir

Sabah Bakıda yağmursuz hava gözlənilir
1292baxış

Bakıda və Abşeron yarımadasında fevralın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, havanın temperaturu gecə 0-3°, gündüz 7-10° isti, Bakıda gecə 0-2°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 1-6° isti gözlənilir.