Özbəkistan səfiri Medianın İnkişafı Agentliyində - FOTO
1340
Fevralın 8-də Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov MEDİA Agentliyində olub.
Mediapress.az xəbər verir ki, agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonaqlara qurumun fəaliyyəti və ölkədə media islahatlarının gedişi barədə məlumat vermişdir.
Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ilə Medianın İnkişafı Agentliyi arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.