\
25 Sentyabr 2024 - Çərşənbə

Məktəbdə şagirdin ölməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Məktəbdə şagirdin ölməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
1321baxış

Cəlilabadda şagirdin məktəbdə ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə Mediapress.az -a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 8-i saat 12 radələrində rayonun Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

***

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

 
Mediapress.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.
 
İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərayanı vurub.
 
Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.
 
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.