\
25 Sentyabr 2024 - Çərşənbə

Bakı Limanın 2021-ci il üzrə statistik nəticələri haqqında

Bakı Limanın 2021-ci il üzrə statistik nəticələri haqqında
1383baxış

Ötən il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) ümumi yükaşırmanın həcmində 14,6%, quru yükün aşırılması 66%, konteyner daşınması isə 11,6% artıb. Bununla da proqnoz 104% həcmində icra edilib.

 Müşahidə olunan yük həcminin artımı Azərbaycanın tranzit mövqeyinin regionda möhkəmlənməsinin və xüsusən də, konteynerləşmiş yüklərin artımı Azərbaycan üzərindən keçən dəhlizlərin beynəlxalq logistikaya inteqrasiyasının göstəricisi kimi qiymətləndirilə bilər.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ümumi yükaşırmanın həcmi 5,6 milyon ton olubdur ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 14,6% çoxdur. Ümumi yükaşırmanın 5,1 milyon tondan çox və ya 92,7%-lik hissəsi tranzit yüklərin payına düşür (infoqrafika 1). Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə olan marağının nəticəsidir.

İnfoqrafika 1:

 

Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri quru yükün aşırılmasında qeydə alınıb. Beləki, 2020-ci ildə Bakı Limanı vasitəsilə 711 min tondan çox quru yük aşırılmışdısa, ötən il bu göstərici 66% artaraq, 1 milyon 183 min tondan çox olub. (infoqrafika 2).