\
29 Noyabr 2024 - Cümə

Mediada nizam-intizam yaranacaq - Müşfiq Ələsgərli

Mediada nizam-intizam yaranacaq - Müşfiq Ələsgərli
1314baxış
“Media haqqında” yeni qanun bütün media ictimaiyyətinin iştirakı, müzakirəsi ilə hazırlanıb və qəbul edilib. Bu baxımdan Azərbaycan media ictimaiyyətinin iradəsini, arzu və istəklərini ifadə edir. Bu layihəni təsdiqlədiyi üçün Cənab Prezidentə təşəkkür edirik.
 
Bu sözləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli “Media haqqında” yeni qanunun təsdiq edilməsilə bağlı danışarkən deyib:
 
"Qanun yeniliklərlə zəngindir. Xüsusi olaraq onlayn media sferasını tənzimləmə əhatəsinə aldığı üçün çox faydalıdır. 20 ilə yaxındır ki, onlayn media mövcuddur, amma onun hüquqi tənzimlənməsi indiyədək yetərli deyildi. İlk dəfədir ki, onlayn media sferası bu qədər əhatəli, detallı şəkildə tənzimləməyə alınır. Onlayn medianın statusu, strukturu barədə təsəvvürləri konkretləşdirir. Bu, onlayn media sferasında çalışan jurnalistlər üçün də çox faydalıdır, çünki, onların hüquq və vəzifələrinin, statuslarının tam təsnifatını verir”.
 
Media eksperti qeyd edib ki, qanunun gətirdiyi mühüm yeniliklərdən biri də media reyestrinin tətbiq edilməsidir:
 
"Reystrin tətbiq edilməsi ölkədə KİV qurumları və jurnalistlərin statistikasının dəqiqləşdirilməsinə yardım edəcək, statusu bilinən jurnalistlər üçün sosial proqramların hazırlanmsını, sosial güzəştlərin tətbiqini asanlaşdıracaq. Təsadüfi deyil ki, dünən Cənab Prezident media haqqında qanunu imzalamaqla yanaşı, həm də ipoteka kreditlərinin verilməsi şərtlərinə əlavə və dəyişiklik edilməsi barədə sərəncam imzaldı. Bu onu göstərir ki, media sferasında nizam –intizam yarandıqca, sərhədlər bəlli olduqca, sosial proqramların tətbiqi də asanlaşcaq. Hər kəsə xeyirli olmasını arzulayıram".