\
29 Noyabr 2024 - Cümə

Bu il GUAM liderlərinin sammiti keçiriləcək

Bu il GUAM liderlərinin sammiti keçiriləcək
1342baxış

Bu il GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin liderlərinin sammiti olacaq.

Bu barədə APA-nın sualına cavab olaraq Moldovanın XİN rəhbəri Niku Popesku deyib.

O bildirib ki, GUAM-ın persektivi yaxşıdır.

“Bildiyiniz kimi, bu il təşkilata sədrliyi Moldova edəcək. Biz ölkələr arasında siyasi dialoqu gücləndirmək istəyirik. Bu il GUAM-a üzv dövlətlərin dövlət və hökumət başçılarının sammiti də planlaşdırılır, bunun detalları üzərində işləyirik. Biz həmçinin sektoral əməkdaşlığı gücləndirmək istəyirik, bura – nəqliyyat, enerji, ərzaqların çatdırılması və s. məsələlər daxildir. GUAM-ın praktiki tərəfləri çoxdur. Bildiyiniz kimi, bu təşkilat həmrəylik, ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı dəstəyi təşviq etmək üçün yaradılıb. Və biz indi də bu məsələlərlə bağlı koordinasiyalı əməkdaşlıq aparırıq”, - Popesku vurğulayıb.