\
29 Noyabr 2024 - Cümə

İcra hakimiyyəti binasının qabağında özünü yandırmaq istədi, iki polis əməkdaşı xəsarət aldı

İcra hakimiyyəti binasının qabağında özünü yandırmaq istədi, iki polis əməkdaşı xəsarət aldı
1361baxış

Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini Sərdar Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərmişdir.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınmış, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri almışlar. Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Yerli KİV-lərinin məlumatına görə, Həsənovun intihara cəhd etməsinin kommunal problemlərinin həlli ilə bağlı olduğu bildirilib. Həmçinin, onun İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğu qeyd olunur.