\
25 Sentyabr 2024 - Çərşənbə

Şəkidə yol qəzasında iki nəfər ölüb

Şəkidə yol qəzasında iki nəfər ölüb
1572baxış

Şəkidə ağır yol qəzası baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı biri azyaşlı olmaqla iki nəfər hadisə yerində ölüb. Bir nəfər ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. (apa)