BDU-ya yeni mətbuat katibi təyin olundu
1374
Bakı Dövlət Universitetinə (BDU) yeni mətbuat katibi təyin olunub.
Bu vəzifəyə jurnalist Kəmalə Namazova təyinat alıb.
O "Report"a açıqlamasında yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, K.Namazova əvvəllər bir sıra tanınmış mətbuat orqanlarında fəaliyyət göstərib.