\
25 Sentyabr 2024 - Çərşənbə

Oğuzda avtomobil körpüdən çaya aşıb, ölənlər və yaralananlar var

Oğuzda avtomobil körpüdən çaya aşıb, ölənlər və yaralananlar var
1324baxış

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq Dasagil körpüsündən çaya aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.(report)