\
25 Sentyabr 2024 - Çərşənbə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin əməkdaşı qəfildən öldü

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin əməkdaşı qəfildən öldü
1304baxış

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Mərdəkan” gəmisinin kapitanın 3-cü köməkçisi Asim Həsənov vaxtsız vəfat edib. Bu barədə qurumdan bildirilib.

Məlumata görə, A.Həsənov 1987-ci il aprelin 19-da Füzuli rayonunun Aybasanlı kəndində anadan olub, 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz texnikası və gəmiçilik/gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi ixtisası üzrə bitirib.

O, 2014-cü ildən ASCO sıralarında çalışıb. İşlədiyi dövrdə matrosluqdan kapitanın 3-cü köməkçisi vəzifəsinədək yüksəlib. (Report)