\
25 Sentyabr 2024 - Çərşənbə

Ramzan Kadırov Ukrayna prezidentinə ultimatum verdi

Ramzan Kadırov Ukrayna prezidentinə ultimatum verdi
1309baxış

Rusiyanın fevralın 16-da Ukraynaya hücuma keçəcəyi haqda xəbərdarlıqların edildiyi, xarici ölkə vətəndaşlarının Kiyevdən təxliyyə olunduğu bir vaxtda Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə ünvanlanmış ultimativ bəyanatla çıxış edib. “Klounada vaxtının sona çatdığını” bildirib, onu Donbassa dair Minsk razılaşmasını dərhal yerinə  yetirməyə çağırıb.

“Cənab Zelenski! Klounada vaxtı başa çatdı. Qarşısıalınmaz nəticələrdən qaçmaq naminə öz xalqı qarşısında borcunu yerinə yetirməyin saatı gəldi. Yəni heç vaxt olmamış kimi bu gün Minsk razılaşmasının yerinə yetirilməsi zərurəti yaranıb, hansı ki, altında təkcə Rusiya prezidentinin yox, Ukrayna prezidentinin də imzası dayanır”,-Kadırov yazıb.

 

O, Donbassa “xüsusi statusu” da nəzərdə tutan Minsk razılaşmasının olduğu kimi yerinə yetirilməsinin təkcə Moskva ilə Kiyev arasında qarşıdurmanın nizamlanması üçün deyil, ümumi gərginliyin azaldılması üçün də ilk mühüm addım olduğunu bildirir. Kadırov Zelenskini “sülhü bərqərar etmək və qan tökülməsindən qaçmaq üçün” prezident kimi ondan asılı olan hər şeyi etməyə çağırıb.

Xatırladaq ki, "Rosqvardiya"nın tərkibində olan və əslində Kadırovun şəxsi ordusu hesab edilən "Kadırov polku" da Ukrayna sərhədlərinə yeridilib.