\
25 Sentyabr 2024 - Çərşənbə

Berdıməhəmmədovun oğlu Türkmənistan prezidentliyinə namizəd olub

Berdıməhəmmədovun oğlu Türkmənistan prezidentliyinə namizəd olub
1352baxış

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürüb.

Bu barədə yerli KİV-lər məlumat yayıb.

Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir.