Kremldə Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Olaf Şolts arasında görüş başlayıb.
Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Danışıqlar Putinin fransalı həmkarı Emmanuel Makronla danışıqlar apardığı eyni uzun masa arxasında keçirilir. Belə təxmin edilir ki, Şolts da Fransa Prezidenti kimi Rusiyada PCR-test verməkdən imtina etdiyi üçün görüş uzun masa arxasında baş tutub.
Xatırladaq ki, Kreml Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə görüşdən əvvəl PCR-test verməkdən imtina etməsi barədə məlumatları təsdiq edib.