\
25 Sentyabr 2024 - Çərşənbə

Putin Ukraynaya hücumun vaxtı ilə bağlı zarafat etdi: “DƏQİQ YAZMIRLAR”

Putin Ukraynaya hücumun vaxtı ilə bağlı zarafat etdi: “DƏQİQ YAZMIRLAR”
1300baxış

Prezident Vladimir Putin Rusiyanın Ukraynaya hücumunun dəqiq tarixi ilə bağlı yayılan məlumatlara zarafatla cavab verib.

Mediapress.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Putin zarafatla deyib ki, jurnalistlər Rusiyanın Ukraynaya müdaxiləsinin dəqiq vaxtını yazmırlar.

Xatırladaq ki, bir sıra xarici KİV-lər Rusiyanın fevralın 16-da Ukraynaya hücum etməyi planlaşdırdığı barədə xəbərlər dərc ediblər.