\
29 Noyabr 2024 - Cümə

Xarici ölkələrdən olan tanınmış səyyahlar Ağdama səfər edib

Xarici ölkələrdən olan tanınmış səyyahlar Ağdama səfər edib
1365baxış

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət geniş heyət Ağdamla tanışlığa başlayıb.

Qeyd edək ki, nümayəndə heyəti səfərə Şuşa şəhərindən başlayıb.

Daha sonra heyət Kəlbəcər, Laçın, Qubadlı və Zəngilana səfər edəcək.

Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilir. Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunur.