\
25 Sentyabr 2024 - Çərşənbə

Deputatın "əjdaha" ilə görüntüləri gündəm oldu - VİDEO

Deputatın "əjdaha" ilə görüntüləri gündəm oldu - VİDEO
1370baxış
Millət vəkili Tahir Kərimlinin oyuncaq əjdaha ilə videosu sosial şəbəkələrdə geniş müzakirə olunub.
 
 
Mediapress.az xəbər verir ki, millət vəkili onu ölümlə hədələyən şəxslərə səslənib:
 
"Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”.
 
T. Kərimli daha sonra əlindəki oyuncağı kənara qoyaraq sözlərini davam etdirib:
 
"Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm".
 
Həmin görüntüləri təqdim edirik: