\
12 Noyabr 2024 - Çərşənbə axşamı

Nazir "TIR" sürücülərinin etiraz etdiyi şöbə müdirini işdən qovdu

Nazir "TIR" sürücülərinin etiraz etdiyi şöbə müdirini işdən qovdu
1363baxış

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

 
Mediapress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.
Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.
 
Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.