\
25 Sentyabr 2024 - Çərşənbə

Salyanda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub

Salyanda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub
1405baxış

Salyan rayonunda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, qəza zamanı dünyasını dəyişən Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Dadaşov Hüseyn Əlihüseyn oğludur.

Yaralılar isə Masallı sakini, 1966-cı il təvəllüdlü Səqbiyev Eynəli Məhərrəm oğlu, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Nəcəfova Validə Ziyadxan qızı, Cəlilabad sakini, 1964-cü il təvəllüdlü Qasımova Sara Nurulla qızıdır.