\
25 Sentyabr 2024 - Çərşənbə

Azərbaycanda 2500-dən çox məhkəmə qərarı ləğv edildi

Azərbaycanda 2500-dən çox məhkəmə qərarı ləğv edildi
1621baxış
Ötən il Ali Məhkəmənin ləğv etdiyi qərarların sayı 2 500-dən çox olub.
 
Mediapress.az xəbər verir ki, bu barədə fevralın 18-də Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəməsinin Plenumunda məlumat verilib.
 
Bildirilib ki, 2021-ci ildə ləğv olunan məhkəmə qərarlarının sayında artım olub. Belə ki, ötən il 2 520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib. Bu da 2020-ci illə müqayisədə 572 qərar daha çoxdur.