Putin Rusiya ordusunun təlimlərinə start verdi
Rusiya prezidenti Vladimir Putin strateji qüvvələrin təlimlərinə başlayıb. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Qeyd olunur ki, təlimlər çərçivəsində ballistik və qanadlı raketlər buraxılacaq. Planlı təlimlərə Aerokosmik Qüvvələri, Strateji Raket Qoşunları, Şimal və Qara dəniz donanmaları cəlb olunacaq. Tədbirə prezident Vladimir Putinin şəxsən özü rəhbərlik edir.
"O, Belarus prezidenti Aleksandr Lukaşenko ilə birlikdə situasiya mərkəzindən ballistik raketlərin buraxılışını izləyir", - Peskov bildirib.
Xatırladaq ki, ötən gün bildirilmişdi ki, strateji qüvvələrin təlimləri buraxılış-döyüş ekipajlarının, hərbi gəmilərin və strateji raketdaşıyıcıların tapşırıqları yerinə yetirmək üçün döyüş hazırlığının yoxlanılması məqsədi ilə planlaşdırılıb. Strateji nüvə və qeyri-nüvə qüvvələri də yoxlanılacaq.