"Azəriqaz" Abşeron sahibkarları ilə görüş keçirəcək
1409
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi “Açıq mikrofon” aksiyası çərçivəsində Abşeron rayonunda sahibkarlarla görüş keçirəcək. Bu barədə qurumdan bildirilib.
Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı stansiyasının yanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” fevralın 23-də saat 11:00-dən 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.