\
25 Sentyabr 2024 - Çərşənbə

AAYDA ötən il 700 km-dən çox yol təmir edib

AAYDA ötən il 700 km-dən çox yol təmir edib
1338baxış

2021-ci ildə respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib və bu sahədə nailiyyətlər əldə edilib.

Mediapress.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.

 
O bildirib ki, görülən işlər, həyata keçirilən irili, xırdalı bütün layihələr iqtisadiyyatımızın tərəqqisinə, o cümlədən, respublikamızın siyasi mövqeyinin dünya ölkələri arasında daha da gücləndirilməsinə xidmət edir.
 
"Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində 728.3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
 
Bura daxildir:
Respublika əhəmiyyətli - 128.4 km;
Yerli əhəmiyyətli - 425 km;
Bakı şəhər yolları - 174.9 km;
 
Bunlardan 606.8 km investisiya vəsaiti hesabına, 121.5 km isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilmişdir".-deyə S. Məmmədov bildirib