\
29 Noyabr 2024 - Cümə

Separatçılar Ukraynanı müdaxilə ilə hədələyir

Separatçılar Ukraynanı müdaxilə ilə hədələyir
1407baxış

Qondarma "Luqansk xalq respublikası" "parlamentinin" vitse-spikeri Dmitri Xoroşilov bəyan edib ki, Ukraynanı "qoşunlarını könüllü olaraq Luqansk vilayətindən çıxarmalıdır" və bildirib ki, "əks halda tədbirlər görüləcək".

“Respublikalarımızın qanunvericiliyi çərçivəsində dövlət sərhədi ilə bağlı qanunlar. Orada açıq şəkildə qeyd olunur ki, Luqansk xalq respublikasının ərazisi keçmiş Luqansk vilayətinin ərazisidir... Ərazilərimiz Ukraynanın işğalı altındadır. Hesab edirəm ki, biz Ukraynanı öz qoşunlarını könüllü olaraq çıxarmağa çağırmalıyıq. Əgər bu baş verməsə, məncə, bütün Luqansk Xalq Respublikası ərazisində sülhün bərqərar olmasına və ərazi bütövlüyümüzün bərpasına imkan verəcək qərar qəbul ediləcək”, - RİA Novosti Xoroşilovun sözlərindən sitat gətirir.