\
25 Sentyabr 2024 - Çərşənbə

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi
1363baxış

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Halla Nazirliyi xəbər verir.

Binanın 6-cı mərtəbəsində ümumi sahəsi 65 kvadrat metr olan mənzildə bir ədəd çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.