\
25 Sentyabr 2024 - Çərşənbə

Kürdəmirdə ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb

Kürdəmirdə ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb
1394baxış

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, "Ford" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar "təcili yardım" avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.