\
29 Noyabr 2024 - Cümə

Ukrayna DSX: “Rusiya ordusu Xarkov vilayətinə daxil olub”

Ukrayna DSX: “Rusiya ordusu Xarkov vilayətinə daxil olub”
1246baxış

Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb.

“Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, - məlumatda vurğulanıb.