Donetskdə xəstəxana atəşə tutulub, 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb
1414
Rusiya hərbi qüvvələri Donetsk vilayətinin Vuhledar şəhərində yerli xəstəxananı atəşə tutub.
"Report" xəbər verir ki, bu barədə Donetsk Vilayət Dövlət Administrasiyasının sədri, vilayət hərbi-mülki administrasiyasının rəhbəri Pavel Kirilenko feysbuk səhifəsində bildirib.
Atəş nəticəsində 4 nəfəri ölüb, daha 10 dinc sakini yaralanıb.
Yaralılar arasında 6 həkim də var.