Hikmət Hacıyev Ermənistanı Xocalı soyqırımına görə üzr istəməyə çağırıb
1465
“Xocalı həm də Ermənistan dövlətinin məğlubiyyəti idi, bir dövlət kimi mənəvi əsaslarını itirdilər”.
Bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Ermənistan, erməni xalqı Xocalı faciəsinə görə üzr istəməlidir: “Üzr istəməlidirlər ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər”. (apa)