Kiyevdə atəş səsləri eşidilir, ətraf rayonlarda döyüşlər gedir
Kiyev yaxınlığındakı Hostomel şəhərində Ukrayna ordusunun hərbçiləri Rusiya qüvvələri ilə yaxın döyüş aparır. Bu barədə sosial şəbəkələrdə videokadrlar yayılıb.
Habelə Vorzele rayonunda, Kiyevin Obolon və Vinoqradar rayonlarında atəş səsləri eşidilir. Üzərində tanınma nişanı olmayan iki BTR isə Kiyevin Novokonstinovka küçəsindən Kurenevki rayonuna doğru gedib.
***
Rusiya qoşunları Ukrayna ordusunun iki yük maşınını ələ keçiriblər və Kiyev vilayətinin Obolini rayonundan paytaxtın mərkəzinə doğru hərəkət edirlər. virtualaz.org xəbər verir ki, bu haqda müdafiə nazirinin müavini Anna Malyar bildirib.
O, videomüşahidə kameralarından çəkilmiş görüntüləri də paylaşıb. Həmin görüntülər Kiyev vilayətinin Hostomel şəhərində çəkilib.
“Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinin iki yük avtomobilini ələ keçirib, ukraynalı hərbçilərin formalarını geyinib və Obolini tərəfdən sürətlə Kiyevin mərkəzinə hərəkət edirlər, onların ardınca Rusiya hərbi yük maşınlarının kalonu hərəkət edir. Onlar mütləq məhv ediləcək”, - Malyar bildirib.