Türkiyədən gələn tibbi heyət Bakıda qazilərimizi qəbul edib - FOTOLAR
1477
Fevralın 24-ü Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası ölkəmizə gəlib. Onların arasında beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu yer alıb.
Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 qazimizi və bir şəhid övladını müayinə ediblər. Qazilərimizin Türkiyədəki əməliyyatını da məhz həmin həkimlər həyata keçirib.
Həkimlərlə görüş zamanı onlara “YAŞAT” Fondunun təqvimi, plaketi və jurnalı hədiyyə olunub.
“YAŞAT” Fondu 2021-ci ilin fevral ayından etibarən həkim rəyinə əsasən qazilərimizin əməliyyat və müalicəsini qardaş ölkə Türkiyə Respublikasında həyata keçirir. Bu günə kimi 165 qazimiz Türkiyədə ixtisaslaşmış müxtəlif xəstəxanalarda əməliyyat və müalicə olunub, onlardan 119-u müalicəsini tamamlayaraq ölkəyə qayıdıb. Hazırda 46 ağır yaralı qazimizin müalicəsi Türkiyədə davam etdirilir. Onların sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələ Fondun nəzarətindədir.