Zelenskinin bəyanatı Kremlin diqqətindədir
1410
Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın neytral statusu (NATO üzvlüyündən imtinası – red.) mövzusunda Rusiya ilə danışıqlara hazır olduğunu bildirməsi Kremlin diqqətini çəkib.
Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.
“Bu, yeni bəyanatdır. Biz ona diqqət yetirdik”, - Peskov bildirib.
Qeyd edək ki, Zelenski xalqa gecə müraciətində Rusiya ilə Ukraynanın neytral statusu barədə danışıqlara hazır olduğunu, ancaq bunun üçün Ukraynanın təhlükəsizliyinə təminat verilməli olduğunu bildirib.