Qara dənizdə Yaponiyaya məxsus yük gəmisi vuruldu
1500
Qara dənizdə Yaponiyaya məxsus yük gəmisi vurulub. "Japan Times" bildirir ki, Qara dənizin Ukrayna sahillərində Yaponiya firmasına məxsus yük gəmisi raketlə vurulub.
Ehime prefekturasının İmabari şəhərində yerləşən gəmi nəqliyyatı firmasının bu gün yaydığı məlumata görə, Panamada qeydiyyatdan keçmiş “Namura Queen” yük gəmisi fevralın 25-də vurulub və 20 filippinli ekipajdan bir nəfəri çiynindən həyati təhlükəsi olmayan xəsarət alıb.
Firma gəmiyə dəyən zərərin qiymətləndiriləcəyini və gəminin Türkiyəyə yollandığını bildirib. Ukrayna hökuməti raketin Rusiya qüvvələri tərəfindən atıldığını bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan bəri son 3 gündə Qara dənizdə üç qeyri-hərbi gəmi vurulub.