\
29 Noyabr 2024 - Cümə

Bakıda Xocalı yürüşü

Bakıda Xocalı yürüşü
1366baxış

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir. Bu barədə AZƏRTAC xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Yürüş iştirakçıları Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi əraziyə gəliblər.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev abidənin önünə gül dəstələri qoyublar.

Ümumxalq yürüşünün iştirakçıları abidənin önünə tər güllər düzüblər.

***

10:26

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir. Bu barədə AZƏRTAC xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak edirlər.