\
25 Sentyabr 2024 - Çərşənbə

Zelenski rusiyalılara müraciət etdi: "Müharibəni dayandırmaq lazımdır"

Zelenski rusiyalılara müraciət etdi: "Müharibəni dayandırmaq lazımdır"
1386baxış

“Biz ayağa qalxdıq və düşmənin hücumlarına qarşı uğurla mübarizə aparırq. Bir çox şəhərdə döyüşlər davam edir”. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Facebook-da paylaşdığı video çıxışında deyib.

O bildirib ki, onlar ölkəni, torpağı, uşaqların gələcəyini qoruyurlar: “Kiyev və paytaxt ətrafındakı əsas şəhərlər ordumuzun nəzarətindədir. İşğalçılar dövlətimizin mərkəzini bloklayıb. Biz onların planını qırdıq”.

Zelenski Rusiyaya səslənib:

“Müharibəni dayandırmaq lazımdır. Minlərlə qurban, yüzlərlə məhkum niyə ölmək üçün Ukraynaya göndərildiklərini bilmirlər”.