\
25 Sentyabr 2024 - Çərşənbə

Zelenski dəstəyə görə Türkiyəyə təşəkkür etdi

Zelenski dəstəyə görə Türkiyəyə təşəkkür etdi
1419baxış

“Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir”. Bunu Ukraynanın prezidenti Vladimir Zelenski tviterdə yazıb.

“Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Türkiyənin dövlət başçısı V.Zelenski ilə telefon danışığında Ukraynanın daha çox zərər görməməsi ümidi ilə dərhal atəşkəs elan edilməsi üçün səy göstərdiyini bildirib.