\
29 Noyabr 2024 - Cümə

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durum barədə məlumat verib

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durum barədə məlumat verib
1624baxış

“Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin yeddinci günü davam edir”.

Bu barədə açıqlama Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yer alıb.

“Ciddi sayda canlı qüvvə və texnika itkisinə baxmayaraq, düşmən Kiyevə hücumu davam etdirir. İşğalçıların qarşısı Kozelets, Bobrovitsa və Makiyev ərazilərində alındı. Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələrində isə düşmən hücum imkanlarını itirdi. Düşmən Sumı, Lebedin, Oxtırkada uğursuz cəhdlər edir. Boxoduxiv, Çuqiv, Şevçenkove ərazilərində işğalçıların qarşısı alınıb. Donetsk istiqamətində uğur qazana bilməyən təcavüzkar Mariupol şəhərini mühasirəyə almağa başlayıb. Düşmən Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri istiqamətində hücum əməliyyatlarını davam etdirir. Düşmən, həmçinin dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Uğur qazana bilməyən düşmən mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket endirməkdə davam edir. Qoşunlarımızın davamlı müdafiəsi sayəsində düşmənin ruh yüksəkliyi və əzmi sürətlə aşağı düşür. İşğalçıların bütün istiqamətlərdə itkiləri var”, - məlumatda bildirilib.