\
25 Sentyabr 2024 - Çərşənbə

Ermənistanda ilk turda yeni prezidenti seçmək mümkün olmayıb

Ermənistanda ilk turda yeni prezidenti seçmək mümkün olmayıb
1381baxış

Ermənistanda seçkilərin ilk turunda prezident seçilməyib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Hesablama Komissiyasının rəhbəri Narek Babayan məlumat verib.

Onun sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” Partiyası kifayət qədər səs toplaya bilməyib.

Dövlət başçısı vəzifəsinə yeganə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan cəmi 69 deputatın səsini toplayıb.

Seçkilərin ikinci turu bu gün keçiriləcək.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir.